AZ

Polisdən Bulvardakı xuliqanlığa çevik reaksiya

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən gün Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı törədilən xuliqanlıq və hücum hadisəsi cəmiyyətdə ciddi rezonans doğursa da, hüquq-mühafizə orqanlarının operativ və peşəkar reaksiyası təhlükəli cinayətkarın qısa müddətdə zərərsizləşdirilməsini təmin etdi.

Modern.az xatırladır ki, gənc xanımın sosial şəbəkələrdə paylaşdığı çağırışdan və hadisə barədə polisə məlumat daxil olduqdan dərhal sonra hərəkətə keçən Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları növbəti dəfə yüksək çeviklik nümayiş etdiriblər. Paytaxtın ən izdihamlı məkanlarından birində vətəndaşa qarşı zorakılıq edən, üzərində kəsici-deşici alətlər gəzdirən 47 yaşlı Şamxal Nəcəfovun isti izlərlə müəyyən edilərək saxlanılması polisin paytaxt küçələrində ictimai asayişə necə ciddi nəzarət etdiyinin bariz göstəricisidir.

Diqqətçəkən məqamlar sosial şəbəkə çağırışlarına dərhal reaksiya verilməsidir. Polisin hadisəyə anında müdaxiləsi dövlət orqanları ilə vətəndaş arasındakı kommunikasiyanın nə qədər sürətli qurulduğunu sübut edir.

Digər yandan, potensial təhlükənin qarşısının alınması mühüm göstəricidir. Saxlanılan şəxsin üzərindən 3 ədəd soyuq silahın tapılması polisin bu operativ addımı ilə bəlkə də daha ağır bir cinayətin və ya növbəti qurbanların qarşısını aldığını göstərir.

Bu paralel olaraq vətəndaşlarda təhlükəsizlik hissinin bərpası deməkdir. Bulvar kimi kütləvi istirahət zonasında asayişin bu cür ildırım sürətilə təmin olunması vətəndaşların, xüsusilə qadınların şəhərdə özlərini tam təhlükəsiz hiss etməsi baxımından çox önəmlidir.

DİN əməkdaşlarının hadisəyə bu cür həssas və sürətli yanaşması, cinayətkarlığa qarşı mübarizədə və vətəndaş məmnuniyyətinin təmin olunmasında polisin fəaliyyətinin yüksək səviyyədə təşkil olunduğunu bir daha təsdiqləyir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan polisi asayişin keşikçisi missiyasını təkcə rəsmi müraciətlər əsasında deyil, həm də ictimai siqnallara dərhal reaksiya verməklə layiqincə yerinə yetirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
modern.az

1Mənbələr