AZ

ABŞ və Ermənistan anlaşma memorandumu imzalayacaq

İrəvana səfəri zamanı ABŞ dövlət katibi Marko Rubio erməni həmkarı Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq.

Moderator.az xəbər verir ki, bu, ABŞ dövlət katibinin bazar ertəsi günü dərc olunmuş cədvəlində yer alıb.

Sənədə görə, Rubio Mirzoyanla günorta saatlarında görüşəcək və onlar memorandumu imzalayacaqlar.

Qeyd edək ki, mayın 25-də Ermənistan Xarici İşlər Nazirliyi Rubionun İrəvana səfərinə dair məlumat yayıb.

Nazirliyin məlumatına görə, görüşdən sonra Rubio və Mirzoyanın ikitərəfli sənədlər imzalaması və hər iki tərəfin mətbuat üçün açıqlamalar verməsi gözlənilir.

Seçilən
0
2
moderator.az

3Mənbələr