AZ

Bunun dəhşətli olduğunu düşündüyüm üçün ağlayırdım...

Dördqat Formula 1 çempionu Maks Ferstappen ata olmağın onun cədvəlini necə dəyişdirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Ferstappen bu barədə “De Telegraaf”a verdiyi müsahibədə bildirib.

– Formula 1 həftəsonlarınızı mümkün qədər qısa etməyə çalışırsınız?

– Bəli, mən buraya yalnız çərşənbə səhəri gəlmişəm. İlk tədbirim enişdən dərhal sonra baş tutmuşdu. Əvvəllər, yəqin ki, çərşənbə axşamı buraya çatardım. Yarışdan sonra isə həmişə evə mümkün qədər tez çatmağa çalışıram. Formula 1-dən kənar yarışlar da daxil olmaqla, artıq çox vaxtımı səyahətə sərf edirəm, ona görə də qalan vaxtlarda mümkün qədər evdə olmağa çalışıram.

Seçilən
0
9
publika.az

10Mənbələr