Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, isti su ilə duş qəbul etmək bədəni rahatlaşdırır, əzələlərdəki gərginliyi azaldır və stressin azalmasına kömək edir. Xüsusilə yorğun günün ardından isti duşun daha faydalı olduğu qeyd edilir. Bununla yanaşı, çox isti suyun dəriyə mənfi təsir göstərərək quruluq və qıcıqlanma yarada biləcəyi vurğulanır.
Soyuq duşun isə orqanizmi daha tez oyatdığı, qan dövranını sürətləndirdiyi və insanı daha enerjili hiss etdirdiyi bildirilir. Bəzi araşdırmalara görə, soyuq su immun sisteminin fəaliyyətinə də müsbət təsir göstərə bilər. Bununla belə, ürək-damar problemi olan şəxslərə qəfil soyuq duş tövsiyə edilmir.
Mütəxəssislər qeyd edirlər ki, ən ideal variant ilıq su ilə duş qəbul etmək və bədəni kəskin temperatur dəyişikliklərinə məruz qoymamaqdır. Həmçinin duş müddətinin uzun olmaması da tövsiyə olunur.
Həkimlər vurğulayırlar ki, düzgün temperaturda qəbul edilən duş həm fiziki, həm də psixoloji rahatlıq üçün vacib amillərdən biridir.