Türkiyənin əsas müxalifət partiyası olan CHP-də son günlər yaşanan hadisələr siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Musavat.com xəbər verir ki, Ankara Apellyasiya Məhkəməsinin CHP qurultayı ilə bağlı qərarından sonra partiya daxilində gərginlik daha da artıb.
Məlumata görə, məhkəmənin qərarı fonunda CHP qərargahında rəhbərliklə bağlı dəyişikliklər edilib. Sədrliyə geri dönən Kamal Kılıçdaroğlu və keçmiş sədr Özgür Özəlin fotoları yenidən partiyanın baş qərargahında yerləşdirilib.
Türkiyə mediasında yayılan məlumatlarda bildirilir ki, qərardan sonra partiya daxilində müxtəlif qruplar arasında qarşılıqlı ittihamlar və narazılıqlar güclənib. CHP rəhbərliyinin gələcək taleyi, növbədənkənar qurultay ehtimalı və məhkəmə prosesinin davamı Ankara siyasi dairələrində əsas müzakirə mövzularındandır.
Qərargah ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı, partiya rəhbərliyinin isə ardıcıl toplantılar keçirdiyi qeyd olunur.
Musavat.com