Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qardaş ölkənin köklü klublarından olan və yeni mövsümdə iddialı heyətlə çempionluq hədəfləyən "Bursaspor" heyətini gücləndirmək üçün çalışmalara başlayıb.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "yaşıl-ağlar"ın transfer siyahısına dünya şöhrətli üç təcrübəli hücumçunun – Edinson Kavani, Mişi Batşuayi və Olivye Jirunun adları daxil edilib.
İddialı layihə ilə azarkeşlərini həyəcanlandıran "Bursaspor"un bu ulduzlardan hansı ilə rəsmi müqavilə imzalayacağı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin və "Qarabağ"ın aparıcı futbolçusu Toral Bayramovun da "Bursaspor"a transfer olunması bu iddialı layihənin önəmli bir parçasıdır.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.