AZ

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək?

"Bakı–Tbilisi–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər".

Publika.az xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev "Report"a bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" gələcəkdə ucuz bilet imkanlarına da baxacaq: "Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".

Qeyd edək ki, bu gün Bakıdan Tbilisiyə sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Seçilən
8
1
publika.az

8Mənbələr