Livan və Yəmən milli komandaları arasında Asiya Kubokunun təxirə salınmış seçmə mərhələ oyunu Qətərdə keçiriləcək.
QOL.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, həlledici matç iyunun 4-də Doha şəhərində baş tutacaq.
Bu görüşün qalibi Səudiyyə Ərəbistanında keçiriləcək 2027-ci il Asiya Kubokunun qrup mərhələsinə vəsiqə qazanacaq. Həmin komanda əsas turnirdə Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam yığmaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinə yüksəlmək üçün Livan yığmasına heç-heçə də kifayət edir. Yəmən komandası isə 2019-cu ildən bəri ilk dəfə turnirə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır.