Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Heç kim istəməz ki, qəza törətsin. Başqa sözlə demiş olsaq əgər nəqliyyat vasitələrini idarə edənlər yol hərəkəti qaydalarına əməl etsələr nə qəzalar baş verər, nə də ölən və xəsarət alan olar. Ona görə də Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda hərəkətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitindən asılı olmayaraq öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər.
Biz soyuq, qarlı və yağışlı havalarda yol polisi əməkdaşlarının hərəkətin təhlükəsizliyini necə təmin etdiyini çox vaxt görmüşük. Görmüşük ki, onlar nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi avtomobil yollarında leysan yağışlar yağanda belə sürücülərə lazımi köməklik göstərir. Bunu heç şübhəsiz ki, hərəkət iştirakçıları da görür. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı bir qayda olaraq tapşırılan işə məsuliyyətlə, vicdanla yanaşırlar. Bu mənada alayın 5-ci tağımının fəaliyyəti diqqətəlayiqdir.
Belə ki, tağım əməkdaşları xidmət apardıqları küçə və prospektlərdə hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər. Onlar kobud qayda pozuntularına- sərxoş sürücülərə, avtoxuliqanlara, sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşənlərə, nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edənlərə , yolun əks istiqamətində hərəkət edənlərə qarşı sərt mövqe tutur, onlar barəsində qanunamüvafiq tədbirlər görürlər.
5- ci tağımın komandiri, polis mayoru Nurlan Əliyev öz işini gözəl bilən, rəhbərliyin tapşırıqlarını məsuliyyətlə yerinə yetirən bacarıqlı bir polis zabitidir! Nurlan Əliyev bizimlə söhbətində deyir ki, hər dəfə işə başlayanda həmin günü uğurla başa vurmağa çalışırlar. O bildirdi ki, bizim məqsədimiz kimi isə cəzalandırmaq yox, yol hərəkəti iştirakçılarını maarifləndirməkdir. Bunun üçünsə tağımımızın əməkdaşları növbə ərzində hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.Dayanma və durma qaydalarının pozulmasına, avtobus dayanacaqlarının taksilər tərəfindən zəbt edilməsinə, piyadaların yol hərəkəti qaydaların pozmasına qarşı həmişə ciddi mübarizə aparırıq.
Bəzi sürücülərin yol hərəkəti qaydalarını tez - tez pozması və qəza şəraiti yaratması bizi çox narahat edir. Ona görə də bu məsələləri həmişə diqqət mərkəzində saxlayırıq. Əlbəttə, bir piyada vurulanda , bir avtomobil qəza törədəndə bundan əziyyət çəkən və ziyan görən bizim vətəndaşlarımızdır! Onar görə də bir daha hərəkət iştirakçılarından , o cümlədən sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını mövcud təhükədən qurtarmış olurlar!!!
Emil FAİQOĞLU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.