AZ

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 35 illiyi münasibətilə tədbir keçirilib.

Müxtəlif ölkələrin həmkarlar ittifaqları təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.

Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Kol Nikolay çıxış edərək rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və son 35 il ərzində əldə olunan nailiyyətlərdən danışıb.

Bildirilib ki, Konfederasiya fəaliyyət göstərdiyi dövr ərzində işçilərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sosial dialoqun təşviqi və əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib, təşkilatın ötən dövrdə həmkarlar ittifaqları hərəkatının inkişafına verdiyi töhfələri yüksək dəyərləndirib.

Çıxışda Azərbaycan və Albaniya dövlətləri arasında münasibətlərin siyasi, iqtisadi və humanitar sahələr üzrə dinamik inkişaf etdiyi vurğulanıb, həmkarlar ittifaqları sahəsində də əməkdaşlığın genişləndiyi qeyd olunub. Bildirilib ki, qarşılıqlı səfərlər, təcrübə və fikir mübadilələri həmkarlar ittifaqları arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbir çərçivəsində müasir dövrdə əmək bazarında baş verən dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi, layiqli əməyin təşviqi, sosial dialoqun inkişafı, gender bərabərliyi, sosial inklüzivlik və rəqəmsallaşmanın əmək münasibətlərinə təsiri mövzuları ətrafında müzakirələr aparılıb.

Seçilən
0
3
far.az

4Mənbələr