AZ

5 ildə kənd təsərrüfatı sektoruna yeni Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat investisiya qoyulması gözlənilir

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Marja.az xəbər verir ki, müşavirədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək deyib:

"Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, təxmini hesablamalar göstərir ki, bu beş il ərzində kənd təsərrüfatı sektoruna bu Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat vəsaitin investisiya kimi qoyulması gözlənilir. Bunun 2,2 milyard manatının dövlət dəstəyi olunması nəzərdə tutulur. Qalan 3,7 milyard manatın isə özəl sektor tərəfindən yatırılması gözlənilir. Bu investisiyalar və bu Dövlət Proqramının tətbiq olunması əsasında gözlənilən iqtisadi təsirlərə dair qeyd etmək istəyirəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım dinamikasının 2 faizdən yuxarı olacağı hesablanıb. İxrac artımının 6 faizdən yüksək olması gözlənilir. Çox mühüm bir məqama diqqətinizi cəlb etmək istəyirəm ki, bu proqram çərçivəsində infrastruktur və bünövrə işləri kənd təsərrüfatında olduqca geniş vüsət alacaq. Bunlar təşkil olunacaq və görüləcək bir çox işlər - intensiv bağçılıq, istixanaların inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin qurulması, suvarma şəbəkələrinin genişləndirilməsi – bütün bunlar öz təsirini 2030-cu ildənsonra daha uzun müddətə göstərməsi üçün hesablanıbdır".

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
marja.az

3Mənbələr