AZ

Astana Kiyevlə Moskva arasındakı bu qərarı icra etməkdən imtina etdi

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) məhkəməsinin “Naftoqaz” və “Qazprom” arasındakı mübahisə üzrə qərarı Qazaxıstanda icra edilməyəcək. 

Ölkə.az xəbər verir ki, bunu  Qazaxıstanın ədliyyə naziri Yerlan Sarsembayev “kapital2a müsahibəsində deyib.

Ötən həftə Qazaxıstan məhkəməsi məhkəmə 2025-ci ildə verilmiş İsveçrə arbitraj qərarını tanıyıb. Mübahisə Rusiya qazının tranziti üçün 2019-cu ilə qədər olan müqavilə öhdəlikləri ilə bağlıdır. Lakin qazaxıstanlı naziirn qeyd etdiyi kimi, Qazaxıstan məhkəməsinin "Qazprom" və "Naftoqaz" arasındakı mübahisəni dinləmək səlahiyyəti yox idi.

“Respublikanın hüquqi mexanizmləri onun yurisdiksiyasından kənar mübahisələrə baxılmasını nəzərdə tutmur və buna görə də AIFC Məhkəməsinin sözügedən qərarı Qazaxıstanda icra olunmayacaq", - nazir qeyd edib.

O əlavə edib ki, Qazaxıstan qanunvericiliyi məhkəmənin yurisdiksiyasını qarşılıqlı razılaşma əsasında ona təqdim edilən mübahisələrin müəyyən kateqoriyaları ilə məhdudlaşdırır. Qazaxıstanın ədliyyə naziri həmçinin iddia edir ki, "Qazprom" və "Naftoqaz" məhkəmənin qərarını tanımaq barədə razılığa gəlməyiblər.

Sarsembayevin sözlərinə görə, Qazaxıstanın Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, məcburi icra üçün ərizə mübahisənin baş verdiyi yer üzrə, hüquqi şəxsin orqanının yerləşdiyi yer üzrə və ya bu məlum deyilsə, borclunun əmlakının yerləşdiyi yer üzrə məhkəməyə verilir.

 "Qazpromun yeri məlumdur. Bu, nəzərdən qaçırılmaması lazım olan vacib prosedur əlamətidir", - o qeyd edib.

Qeyd edək ki, 2019-cu il müqaviləsinə əsasən, Naftogaz 2025-ci il yanvarın 1-dək Rusiya qazının Ukrayna ərazisindən tranzitini təmin etməli idi. 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
olke.az

4Mənbələr