AZ

Rusiya XİN əcnəbiləri təcili Kiyevi tərk etməyə çağırıb

Moskva paytaxt sakinlərinə hərbi və inzibati obyektlərə yaxınlaşmamağı tövsiyə edib...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda xarici ölkə vətəndaşlarını mümkün qədər tez Kiyev şəhərini tərk etməyə çağırıb. Rusiya tərəfi eyni zamanda Ukrayna paytaxtının sakinlərinə hərbi və inzibati infrastruktura aid obyektlərə yaxınlaşmamaq tövsiyəsi verib.

Bəyanatda qeyd olunub ki, sözügedən obyektlər şəhərin müxtəlif hissələrində yerləşdiyi üçün risk zonasının konkret bir ərazi ilə məhdudlaşmadığı iddia edilir. Moskva bu səbəbdən, diplomatik nümayəndəliklərin əməkdaşları və beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla, xarici vətəndaşların şəhəri ən qısa müddətdə tərk etməsinin vacibliyini vurğulayıb.

Rusiya XİN-in açıqlamasında həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyasına aid hərbi və inzibati infrastruktura yaxın ərazilərdən uzaq durulmasının zəruri olduğu bildirilib. Bəyanat mümkün təhlükəsizlik riskləri fonunda edilib, lakin konkret təhdid və ya əməliyyat barədə əlavə detallar açıqlanmayıb.

Moskva ilə Kiyev arasında davam edən müharibə şəraitində tərəflərin təhlükəsizliklə bağlı bəyanatları son aylarda intensivləşib və bu tip çağırışlar regionda gərginliyin artdığı dövrlərdə daha çox gündəmə gəlir.

Poliqon.info

Seçilən
31
50
poliqon.info

10Mənbələr