AZ

MAKRON BRİJİT CÜTLÜYÜNÜ DÜNYA TANIYIR...

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Şəmsəddin Əliyev

Hüquqşünas, publisist 

“Fransa elə bir ölkədir ki, orada nə qış olur, nə yay. Ədəb də yoxdur. Amma, gözəl ölkədir”

Mark Tven

“Literaturnaya qəzeta”nın müxbiri Nikita Dmitriyev Fransa prezidentliyinə namizəd Xuan Branko ilə Fransada söz azadlığının və suverenliyin itirilməsini müzakirə edib...

Fransada antikorrupsiya fəalı, prezident Makronun beynəlxalq mətbuatda, xüsusən də Afrikada aparıcı tənqidçilərindən olan tanınmış vəkil Xuan Branko, həm də müxalif siyasətçi kimi hakimiyyətin xüsusi orqanları tərəfindən qərəzli və sərt təqib olunur.

Fransa Respublikasının Prezidentliyinə iddialı olan vəkil Xuan Brankonun 36 yaşı var. O, avanqard kinorejissor ailəsində anadan olub. Parisin aristokratik məhəlləsində böyüyüb, gələcək baş nazir Qabriyel Attal ilə bir sinifdə oxuyub. Sarbonnada hüquq elmləri üzrə dissertasiyanı müdafiə edib, hüquq üzrə elmlər doktorudur. Lakin heç kimlə yola getməyən və ya həmişə ədalət uğrunda çalışan istedadlı hüquq müdafiəçisi bir neçə il bundan öncə “axarın əksinə” getməyə başlayır. Prezident Makronun yaxın çevrəsinin uşaqlara qarşı cinsi maraq göstərməsi - pedofillik, korrupsiya faktları və digər sui-istifadələr haqqında açıqlamaları aydın səmada şimşək kimi çaxmışdı. İstintaqa cəlb olunan fiqurantlardan biri, məhz elə onunla bir sinifdə oxuyan Attal idi. Acıqlı və qudurğan Attal həm də homoseksualdır. O, Makronun istəklisi, əzizi, favoriti olub. Attal tarixə Fransa hökümət başçısının ən gənc namizədi kimi düşsə də, bu rolda çox duruş gətirə bilmədi…

Məşhur vəkil Xuan Branko “Wikileaks”in qurucusu və yaradıcısı Yulian Assanji və Fələstin Muxtariyyətini İsrail işğalına qarşı mübarizədə beynəlxalq məhkəmələrdə təmsil etmiş, Avropa birliyinin ənənəvi xristian dəyərlərindən uzaqlaşmasını pisləmiş, Fransanın Aİ və NATO-dan çıxmasını müdafiə etmişdi. Branko həmçinin Seneqalın baş naziri Usman Sonko və Qvineya Prezidenti Fernando Diaz da daxil olmaqla bir neçə Afrika ölkələrinin liderlərinə Yelisey Sarayının neokolonialist himayəsindən azad olmaq üçün məsləhətlər vermiş və buna görə sarayın “mükafatını“ da almışdır: Yelisey sarayı ona “rus casusu” damğası vurmuş, vəkillik fəaliyyəti ilə məşğul olmaqdan məhrum etmiş, bank hesablarını dondurmuş, hətta silahlılar tərəfindən oğurlanmışdı. Başqa cür də ola bilməzdi. Fransa Makronizmə xas demokratik ölkədir! (?).

Məlum olur ki, 2023-cü ilin avqust ayında xüsusi xidmət orqanlarının nəzarəti altında Xuan Branko oğurlanır, başına torba keçirilir və əlləri qandallanmış halda gecə vaxtı səhrada Seneqal hərbiçilərinə təhvil verilir. Seneqalda prezident Maki Salya “makronçu” idi. Branko Seneqalın Fransanın müstəmləkəsindən azad olunması üçün çalışdığına görə artıq 7 ildir ki, Makaronun şəxsi tapşırığı və nəzarəti altında təqib olunub...

Fransanın gələcək prezident seçkilərində iştirak edib qalib gəlməyi qarşısına məqsəd qoyan Xuan Branko Makronun tapşırığı ilə zəhərləndiyini belə xatırlayır: 2025-ci ilin may ayında təyyarə ilə Parisdən Kinşasaya uçarkən qəfildən ağrılarım başladı, vəziyyətim pisləşdi və hospitala yerləşdirildim. Zəhərlənməyim, Makron və onun qloballaşmış elit təbəqəsinin istəyi və Fransanın oliqarx korrupsionerlərini ifşa etməyimlə bağlıdır. Digər mühüm səbəb Yuliana Assanjini müdafiə etməyim olub.

“Literaturnaya qazeta”nın jurnalisti Nikita Dmitriyev Parisdə ikən təqib olunan vəkilə delikat və zərif bir sualla müraciət edir: “Fransanın birinci xanımı Bridjit Makronun ahıl və transseksual olduğu barədə açıqlamalar verdiyinə görə, Makronun xüsusi xidmət orqanlarının amerkalı jurnalist Kendis Ovensi öldürmək istədikləri nə dərəcədə doğrudur? “Nəcib” suala Xuan Branko , “nəcib” bir cavab verir: “Makron Prezident kimi artıq finişə - son nöqtəyə yaxınlaşır və günlər yaxınlaşdıqca əleydarlarını cəmiyyətdən təcrid edir. Daha doğrusu, “Makronun arvadı qadın yox, kişidir” deyənləri həbsxanaya göndərir. Zənnimcə mövcud Makron bu informasiyanın yayılmasından çox ciddi narahatlıq keçirir. Makron siyasi persona olaraq Fransa cəmiyyətinin struktur tənəzzülünün simptomudur. Ona ikinci dəfə ölkəni idarə etmək məsuliyyətinin həvalə edilməsi son dərəcədə ağlasığmaz idi. Fransa tarixinə siyasi utanc gətirən fürsətlə iki dəfə Makrona ali komandanlığın verilməsi ölkədə cəsarətsizliyin və ruh düşkünlüyünün nəticəsidir. Əslində və mahiyyətinə görə Makron bu gün mexanizmlə hərəkət edən və ya başqasının sözü ilə oturub-duran marionetkadır. Makron tarixin “bədbəxt hadisəsi”dir, Fransa cəmiyyətinin “Lakmus kağızı”dır”.

Bu gün Fransada Makron dövrünü əhatə edən demokratiya subyektiv idealizmin ifrat formasındadır. Makron isə illüzionist təəssürat bağışlayır, gerçəyi olduğundan fərqli göstərməyə çalışır.

Xuan Branko davam edir: “Fransada jurnalistləri öldürmək lazım gəlmir, onları, ucuz qiymətə almaq olur! Makron hakimiyyəti tərəfindən fiziki zorakılıq halları az hiss olunsa da, belə zorakılıqlar səngimir və mən həmişə bunu mitinqlərdə aksiya iştirakçılarına qarşı hiss etmişəm. Yaxın vaxtlarda bunun daha kobud formada təzahürünün şahidi olacağıq. Mən Fransa xalqının gələcəyindən çox narahatam. Makronizm yaltaqlıqla qurulan çılpaq demokratiyanın üzərində çox duruş gətirə bilməz. Amma Fransanın dünyada əvvəlki hakim mövqeyini bərpa etmək üçün tarixi şansı yetərincədir.

Sözün həqiqi mənasında müasir Fransa leberalizmə meylli deyil. Fransanın liberallıq layihəsi faktiki olaraq tükənib, utilitar – ancaq fayda və mənfəət güdən vəhşi mexanizmə çevirilib. Bu mexanizmdə zorakılıqlara üstünlük verilir, hərbi gücün tətbiqi mümkün sayılır. Afrikanın kolonial soyğunçuluğuna haqq qazandırılır. Fransadakı hakimiyyət hazırda böyük olmayan, lakin geniş və radikal qruplar tərəfindən qəsb edilib. Bu hakimiyyəti yüyəni açılmış, başlı-başına buraxılan, son dərəcə əxlaqsız, pozğun jandarm istibdadı, taleyin axarına buraxılmış bir hakimiyyət saymaq olar. “Bridjit Makron transseksual işi” Fransa hüquq-mühafizə sisteminin tənəzzülünün, düşkünlüyünün nəticəsidir.

Makron Fransız kompradorun - yerli bazarla xarici kapital arasında vasitəçilik edən yerli tacir, burjuaziyanın tipik məhsuludur. Elit tacir qrupun önündə özündən razı, son dərəcə ədəbsiz və cahil Makron durur. O, əmindir ki, istəyinə uyğun Fransanı idarə edir. Amma, həqiqətdə fransız oliqarxların əlində, multmilyarder Bernar Arnonun və onun kürəkəni Ksavye Nelyanın əlində oyunacağa çevrilib. Zamanında həmin adamlar Makronu Yelisey sarayına itələyib və indi bundan bəhrələnirlər.

Fransada baş verənlərin səbəbləri dərin kontekstlərlə şərtlənir. Makron çətəsinin, ər-arvad (?) şəxsi və siyasi birliyinin zəif cəhəti onların maraqlı tanışlığı və münasibətləri ilə yadda qalır. Onun hakimiyyətə gəlişi sarı mətbuatın mehriban və isti dəstəyi ilə baş verib”.

Fransanın leksikonunda “beau monde” ifadəsi var - ”yüksək cəmiyyət” , “zadəgan”, “varlı çevrə”, “elit təbəqə” mənasını verir. Fransız dilində “beau” -gözəl, “monde” - dünya, cəmiyyət anlamında yozulur. Bizdə də belə ifadələr işlədilir: “O, Bakının bomond çevrəsində tanınır”, yəni elit və nüfuzlu insanlarla əlaqəsi var.

Avropada tanınmış vəkil fikir və siyasi-hüquqi mülahizələrini oxucuların diqqətinə çatdırmaqla 2027-ci ildə prezident seçkilərində iştirak etməkdə israrlı olduğunu təsdiqləyir. “Əgər Makrona qalib gəlsəm, təxirə salmadan Fransanın NATO hərbi blokundan və Aİ-dən çıxmağı ilə bağlı ümumxalq səs verməsi keçirəcək, parlamenti radikal üzvlərdən təmizləyəcək, bürokratik aparata son qoyacaq, Fransa xalqına taleyini özü həll edəcək inamını qaytaracağam”, - vəkil deyir. O, həm də, İctimai nəzarətin gücləndirilməsinə imkan yaradacaq , fransız xalqına həqiqi azadlığı bəxş etmək üçün konstitutsion müddəalara sadiq qalacağını bəyan edir.

“Fransa marionetka - əlaltı olmaqdan qurtulmalıdır! Müasir Fransa yer üzünün bütün əhalisi ilə bərabər hüquqlu əməkdaşlığa üstünlük verməli, ləyaqətini bərpa etməyə qadir olmalı və sivilzasiya körpüsünün qorunmasına xidmət etməlidir”, - deyir Branko.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
azpolitika.info

1Mənbələr