AZ

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.

Bu barədə AZƏRTAC-a xidmətdən məlumat verilib.

Bildirilib ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında keçirilən həmin tədbirlərdə xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

İşəgötürənlərin nümayəndələrindən və işçilərdən ibarət 900-dən çox şəxsin iştirak etdiyi tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri, əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, iş yerlərinin attestasiyası barədə məlumat verilib.

Həmçinin iş yerlərində təhlükəsizlik qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar da təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
13
azertag.az

10Mənbələr