AZ

Ola bilər ki, kartof kabab olub, müştəri əlavə olaraq kərə yağı sifariş edib AÇIQLAMA

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda restoranlardan biri kartof qızartmaq üçün istifadə olunan yağın pulunu da hesaba əlavə edib.

Bəs bu nə dərəcədə düzgündür? 

İqtisadçı Günay Hüseynova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, "İstehlakçıların hüquqları haqqında" qanuna əsasən, vətəndaşa göstərilən xidmət zamanı yazılı və şifahi şəkildə istehlakçı məlumatlandırılmayıbsa və daha sonra hər hansı bir ödəniş tələb olunursa, bu, qanunun tələbinin pozulması deməkdir.

Onun sözlərinə görə, restoran və ya hər hansı xidmət müəssisəsində menyu təqdim olunarkən tam açıqlıqla qeyd olunmalıdır:

"Qeyd olunan məsələdə əgər müştərinin qeyd etdiyi hal yaşanıbsa, konkret olaraq istehlakçı hüquqları pozulub. Yəni kartof elə məhsuldur ki, onun çiy yeyilə biləcəyi kimi bir seçim yoxdur. Yağ üçün əlavə ödəniş tələb olunması müştərinin hüququnun pozulması hesab edilə bilər.

Əsas məsələ isə, əlbəttə ki, qarşı tərəfin mövqeyini öyrənməkdir. Məsələn, ola bilər ki, kartof kabab olub, müştəri əlavə olaraq kərə yağı sifariş edib. Və ya müştəri kartof qızartması sifariş etmək istəyəndə məlumat alıb ki, məhsul bitki yağında qızardılır. Lakin müştərinin tələbinə uyğun olaraq kərə yağında qızardılıb və buna uyğun əlavə ödəniş tələb olunub.

Yekunda onu qeyd edim ki, təbii olaraq biz sadəcə sosial şəbəkədə yayılan kassa qəbzini görmüşük və müştərinin açıqlamasına istinad edərək istehlakçı hüquqlarının pozulduğunu qeyd edirik. Əgər burada müştərinin tələbi ilə menyudan kənar əlavə istəyi olubsa, heç bir qanun pozuntusu yoxdur".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
redaktor.az

2Mənbələr