AZ

Dünyada səssiz fəlakət böyüyür 1,2 milyard insan təhlükə altındadır

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Psixi pozuntular artıq dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən birinə çevrilib.Bizim.Media xəbər verir ki, “Lancet” jurnalında dərc olunan araşdırmaya əsasən, hazırda dünyada təxminən 1,2 milyard insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir.Bu göstəricinin son 30 ildə demək olar iki dəfə artdığı bildirilir.Məlumata görə, psixi problemlərlə ən çox qadınlar və 15–19 yaş arası yeniyetmələr üzləşir.

 

Xüsusilə təşviş pozuntularının 2019-cu ildən bəri 47 faiz, ağır depressiya hallarının isə 24 faiz artdığı qeyd olunur. Araşdırmada bu artımın əsas pik dövrünün COVID-19 pandemiyasından sonrakı mərhələyə təsadüf etdiyi vurğulanır.

Eyni zamanda, ağır depressiyadan əziyyət çəkən insanların cəmi 9 faizinin minimal səviyyədə adekvat müalicə aldığı bildirilir. (musavat.com)Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr