ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası (LIVA) arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə “Yeni Sabah”a AQC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, sənədi AQC İdarə Heyətinin sədri Vüqar Oruc və LIVA İdarə Heyətinin sədri Vilis Juromskis imzalayıblar. pizza
5 il müddətinə imzalanan müqaviləyə əsasən, tərəflər daşınmaz əmlak, maddi aktivlər və biznesin qiymətləndirilməsi sahəsində birgə fəaliyyət göstərəcəklər. Sənəddə Avropa qiymətləndirmə standartlarının Azərbaycanda tanıdılması və tətbiqi, qiymətləndiricilərin peşəkar inkişafı, təlimi və ölkəmizdə ixtisas sertifikatlaşdırılmasının reallaşdırılması əsas hədəflər kimi götürülüb. Eyni zamanda qurumlar qiymətləndirmə sahəsində metodoloji rəhbərliklərin hazırlanması və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirəcəklər.
Sənədə görə hər iki təşkilat qiymətləndirmə fəaliyyətində rast gəlinən qeyri-peşəkar hesabatlara və neqativ hallara qarşı tərəflərin birgə tədbirlər görəcək. Bir-birlərinin peşəkarlıq və səriştə səviyyəsini qarşılıqlı olaraq tanıyan qurumlar arasında yaranacaq hər hansı mübahisə tənzimlənmədikdə isə məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.