“Qarabağ” Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.
İdmanxeber.az-ın məlumatına görə, klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
2020-ci ildən əsas komandada çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, “Qarabağ”da 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.