ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp İranla razılaşmaya yaxın olduqlarını bildirərək, prosesin yalnız Vaşinqton və Tehran arasında məhdudlaşmamalı olduğunu vurğulayıb. O, Yaxın Şərqdə bir sıra ölkələrin də eyni mərhələdə İbrahim Sazişlərinə qoşulmasının vacibliyini qeyd edib.
Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Misir, İordaniya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn prosesə daxil edilməlidir.
ABŞ prezidenti bildirib: “İranla müqavilə imzalanacağı təqdirdə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreynin eyni vaxtda İbrahim Sazişlərini imzalaması vacibdir.”
Tramp bəzi ölkələrin razılaşmaya qoşulmamaq üçün öz səbəblərinin ola biləcəyini desə də, əksər dövlətlərin İran məsələsinin həllini daha geniş və tarixi razılaşmaya çevirmək potensialına malik olduğunu iddia edib.
O əlavə edib ki, bütün ölkələri İbrahim Sazişlərinə qoşulmağa çağırıb və nümayəndələrinə bu istiqamətdə prosesə başlamaq barədə göstəriş verib.
Aytən Yaşar/ Turkustan.az