AZ

Azərbaycanda yarımintensiv qoyunçuluq təsərrüfatları yaradılacaq

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 faiz, ət istehsalının 20 faiz artırılması nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O vurğulayıb ki, ət istehsalında özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması qarşımıza əsas məqsəd kimi qoyulub:

"Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulub. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9% artırılması və özünütəminatın 101%-ə çatdırılması hədəflənib. Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 faizdir, 100 faizə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilib. İstehsalın isə 30% artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
5
apa.az

6Mənbələr