AZ

Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır

style='margin-bottom:10px;'>

Azərbaycanın minifutbol üzrə milli komandası 27 may-4 iyun tarixlərində Bratislava şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

QOL.az xəbər verir ki, bununla əlaqədar olaraq bu gün Bakı Tennis Akademiyasının meydançasında milli komandanın media nümayəndələri üçün açıq məşqi təşkil olunub. 

Tədbirdə yığmanın baş məşqçisi Elşad Quliyev Avro-2026 üçün yekun heyəti açıqlayıb:

Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.

Qeyd edək ki, millimiz Avropa çempionatında Avstriya, Fransa və İtaliya ilə bir qrupda mübarizə aparacaq. 

Seçilən
20
2
teleqraf.com

3Mənbələr