AZ

Qəbələ Mingəçevir duelinin təyinatları açıqlandı

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək oyunun təyinatları açıqlanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Tural Qurbanova tapşırılıb.

Ona Cəmil Quliyev və Asiman Əzizli kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.

Rəhim Həsənov hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, "Qəbələ" - "Mingəçevir" oyunu mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da keçiriləcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
fanat.az

2Mənbələr