Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
Qərar Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə qəbul olunub.
Məlumata görə, Balakişi Qasımov daha əvvəl 2018-ci ildə də Yayım Şurasının səsverməsi nəticəsində İTV-nin baş direktoru vəzifəsinə seçilmişdi.
İTV-nin baş direktoru Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.