AZ

Kamran Əsədovun növbəti məhkəmə prosesi keçirilir

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub.

Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti  Kamran Əsədov, Gündüz Abbasov və DİM nümayəndələri iştirak edirlər.Hazırda prosesdə davam edir.

Qeyd edək ki, proses şahidlərin iştirakı olmadan keçirilir.

Xatırladaq ki, yanvarın 23-də tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib.

“Cebheinfo.az” 

Seçilən
11
10
cebheinfo.az

10Mənbələr