AZ

Bakı metropolitenində iş rejimi dəyişdirilir

Bayram günlərində Bakı metropolitenində tətbiq olunacaq iş rejimi müəyyənləşib.

Aznews.az xəbər verir ki, Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.

Seçilən
35
28
aznews.az

10Mənbələr