Süni intellekt insan əməyini “nəhəng miqyasda” sıxışdırıb çıxara bilər və onun əvəz etdiyi insanlara dəstək göstərmək başqalarının “tarixi miqyasda mənəvi borcu” olacaq. Bu fikri Amerikanın “Anthropic” şirkətinin həmtəsisçisi Kristofer Ola bildirib.
“Real ehtimal var ki, süni intellekt insan əməyini nəhəng miqyasda əvəz etsin. Əgər bu baş verərsə, işi süni intellekt tərəfindən əvəz olunan insanlara dəstək göstərmək tarixi miqyasda mənəvi borca çevriləcək”, — deyə o, Roma Papası XIV Leonun süni intellektə həsr olunmuş ilk ensiklikasının təqdimatı zamanı bildirib. Tədbirin canlı yayımı “Vatican News” portalında aparılıb.
Sahibkarın fikrincə, problemin daha da dərinləşməsinə səbəb süni intellektin inkişafının yalnız bir neçə zəngin ölkədə cəmlənməsidir. O hesab edir ki, hazırda süni intellekt sahəsində əldə olunan nailiyyətlərin qlobal şəkildə yayılmasını təmin edəcək mexanizm mövcud deyil.
“International Labour Organization” 2025-ci il hesabatında hesablayıb ki, generativ süni intellekt əmək bazarını dəyişdirəcək, iş yerlərinin 25%-ni transformasiya edəcək və istehsal səmərəliliyinin artmasına töhfə verəcək. Ən böyük təsirin isə “generativ süni intellektin bir çox tapşırığı avtomatlaşdırmaq nəzəri imkanına görə” ofis işçilərinə dəyəcəyi qeyd olunub.