AZ

“Arsenal” Alvarez yarışını PSJ-yə uduzdu – İDDİA

“Arsenal” Xulian Alvarez uğrunda mübarizədə PSJyə uduzmaq üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, “Cadena COPE”də çıxış edən ispaniyalı analitik Jose Antonio futbolçunun artıq Paris klubuna transfer olunduğunu açıqlayıb.

Məlumata görə, PSJ “Atletiko”nun hüumçusu üçün 140-150 milyon avro ödəməyə hazırdır. “Arsenal” isə 100 milyon funtluq təklif versə də, transfer yarışında geri qalıb.

Bununla belə, London təmsilçisi hələ mübarizədən tam çəkilməyib. Klubun Qonçalo Ramosu müqaviləyə daxil etməklə oyunçu mübadiləsi variantını da nəzərdən keçirdiyi bildirilir.

Ancaq Alvaresin seçimində PSJ ön plandadır.

Seçilən
14
idmanxeber.az

1Mənbələr