AZ

Məcnun Məmmədov: Azərbaycan fındıqçılıqda dünyada dördüncü sıradadır

BAKI, 25 may. TELEQRAF

Son beş ildə aqrar ticarət artım dinamikası ilə inkişaf edib. Burada önəmli və diqqət etməli olduğumuz məqam məhz aqrar emalla kənd təsərrüfatı xammal istehsalı arasındakı idxal və ixracdakı nisbətlərdir.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib:

"Belə ki, ixracda bu iki sahə arasındakı nisbətdə kənd təsərrüfatı xammalı istehsalı 3–4 dəfə, idxalda isə aqrar emal məhsulları iki dəfə üstünlük təşkil edir. Bu bizə onu göstərir ki, ölkədə aqrar emalın artırılması qarşımızda duran əsas çağırışlardan biridir. Eyni zamanda, bu beş il ərzində kənd təsərrüfatı məhsullarının ixracında həm məhsul portfelinin, həm də ixrac coğrafiyasının artdığını və genişləndiyini görürük. Fındıqçılıqda Azərbaycan dünyada artıq dördüncü sıradadır. Xurma ixracında Azərbaycan dünyada ikinci sıradadır. 2025-ci ildə isə ilk dəfə olaraq Azərbaycan şaftalı və nektarın ixracında dünyada doqquzuncu yerə yüksəlib. Bundan əlavə, çiyələk, albalı, pomidor, pambıq lifi kimi məhsullarda da Azərbaycan dünya ixrac siyahılarında ilk iyirmilikdə yer alıb. Bu dönəmdə əsas üç kateqoriya ixrac məhsullarımızı meyvə, pambıq və tərəvəz təşkil edir. Hər üçü əgər 2021-ci ildə toplam ixracın 87 faizini təşkil edirdisə, 2025-ci ildə 75 faizini təşkil edir və bu da onu göstərir ki, bizim məhsul portfelimiz genişlənir və digər məhsulların da ixracda payı artır. Eyni zamanda, məhsullarımızın ixrac coğrafiyasında genişlənib".

Seçilən
20
1
teleqraf.com

3Mənbələr