AZ

Uşaqlar niyə kimliksiz böyüyür?

Sərhədlərin olmadığı, bağların zəiflədiyi və rəqəmsal dünyanın formalaşdırdığı bir nəsil böyüyür.

Bəs uşaqlarda artan kimlik böhranının arxasında nə dayanır?

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, son dövrlərdə uşaqlar arasında müşahidə olunan kimlik böhranı əslində tək bir səbəbdən qaynaqlanmır. Bu vəziyyət tənhalıq, aidiyyətsizlik və istiqamətsizlik hissinin birləşməsi nəticəsində yaranır.

Müasir uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha həssasdırlar. Onlar insanlarla bağ qurmaqda, tənhalıq hissi ilə mübarizə aparmaqda çətinlik çəkirlər.

Ancaq problem çox zaman yalnız uşağın özündə deyil, onun böyüdüyü mühitdə olur. Kiçik yaşlarından sərhəd qoyulmayan, hər istəyi yerinə yetirilən uşaq böyüdükdə həyatın reallıqları ilə qarşılaşanda çətinlik yaşayır.

Çünki sərhəd anlayışını öyrənməyən uşaq dünyanı idarə etməyi də bacarmır.

Uşağın inkişafında atanın rolu isə daha müəyyənedici hesab olunur. Ata yalnız avtoritet deyil, həm də uşağı həyata hazırlayan, onun özünəinamını və xarakterini formalaşdıran bir yolgöstərən olmalıdır.

Digər böyük təsir isə rəqəmsal dünyadır. Real münasibətlər zəiflədikcə uşaqlar öz kimliklərini sosial media və oyunlar üzərində qurmağa başlayırlar. Bu isə onları özlərinə aid olmayan, “borc alınmış” şəxsiyyətlərə sürükləyir.

Nəticədə daha tənha, daha aqressiv və cəmiyyətlə daha zəif bağlı bir nəsil formalaşır. Ancaq güclü bağlar, düzgün sərhədlər və aidiyyət hissi ilə bu vəziyyəti dəyişmək mümkündür.

Həmidə İbrahimova

Seçilən
14
50
olke.az

10Mənbələr