AZ

Bunların yerli şəraitə uyğun şəkildə uzlaşdırılması vacibdir” Mütəxəssis

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Bu gün cəmiyyət üzvlərinin böyük bir hissəsi üçün şəhərlərimiz və infrastruktur əlçatan deyil. Nəqliyyat sahəsində müəyyən müsbət nümunələr var. Məsələn, aşağı gövdəli avtobuslar, Brayl əlifbası, səsləndirmə sistemləri, eləcə də yeni “Stadler” qatarları inklüzivlik baxımından vacib addımlardır. Lakin həmin nəqliyyata aparan yollar, dayanacaqlara, vağzallara və stansiyalara qədər olan marşrutlar baryerli və keçilməzdirsə, bu inklüzivlik natamam qalır. Dünyada bunun üçün artıq müxtəlif həllər tətbiq olunur”.

Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, yəni dünya bu problemlərin həll yollarını artıq bilir. Bizdə isə əsas məsələ siyasi iradənin və dəstəyin olmasıdır. Piyada səkilərinin vəziyyəti ümumilikdə qənaətbəxş deyil, davamlılıq yoxdur, baryerlər çoxdur və vahid səki standartları formalaşmayıb:

“Universal dizayn prinsiplərinin tətbiqi üçün qanunvericilik və standartların harmonizasiyasına ciddi ehtiyac var. Hazırda bir tərəfdə beynəlxalq standartlar, digər tərəfdə isə köhnə sovet standartları qalır. Bunların yerli şəraitə uyğun şəkildə uzlaşdırılması vacibdir”.

Sevinc Qarayeva

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
525.az

1Mənbələr