AZ

Trampdan İrana sərt mesaj: “Ya möhtəşəm razılaşma olacaq, ya heç nə”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın ya “möhtəşəm və mənalı” olacağını, ya da ümumiyyətlə heç bir razılaşmanın əldə edilməyəcəyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İranla aparılan mümkün danışıqları dəyərləndirib. 

Keçmiş ABŞ Prezidenti Barak Obama dövründə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) “fəlakət” və “uğursuz” adlandıran Tramp həmin sazişin İrana nüvə silahına gedən yolu açdığını iddia edib. Tramp bildirib ki, onun əldə edəcəyi mümkün razılaşma bunun tam əksi olacaq. 

ABŞ Prezidenti paylaşımında qeyd edib: “İranla razılaşma ya möhtəşəm və mənalı olacaq, ya da ümumiyyətlə, razılaşma olmayacaq”. Digər tərəfdən, Tramp İranla mümkün razılaşma barədə “demokratların, saxta respublikaçıların və axmaqların” məlumat sahibi olmadığını iddia edib. 

O, özünü tənqid edən respublikaçı senatorlar Tom Tillis, Bill Kassidi və Nümayəndələr Palatasının üzvü Tomas Massinin “yollarını azdığını” irəli sürüb. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr