AZ

Venesuelada işgəncələrə görə məbuslar həbsxanada qiyam qaldırıblar

Venesuelada işgəncələrə görə məbuslar həbsxanada qiyam qaldırıblar

Venesuelanın Barinas ştatında məbuslar cəzaçəkmə müəssisəsinin ərazisini nəzarətə götürərək etiraz aksiyasına başlayıblar.

AFN.az xəbər verir ki, bu barədə məlumatı məbusların müraciətlərinə istinadən "Venesuela Həbsxanalarının Monitorinqi Mərkəzi" (Observatorio Venezolano de Prisiones) qeyri-hökumət təşkilatı yayıb.

Hüquq müdafiəçilərinin dəqiqləşdirdiyinə görə, mayın 24-də INJUBA həbsxanasında aralarında qadınların da olduğu 1300-dən çox məhbus kütləvi etirazlara başlayıb. Həbsdə olan şəxslərin sözlərinə görə, müəssisəyə yeni direktor təyin edildikdən sonra amansız axtarışlar intensivləşib, yoxlamalar zamanı şəxsi əşyalar qəsdən məhv edilib və 120-dən çox insan cəza kamerasına (karser) salınıb. Məhbuslar həmçinin mütəmadi olaraq döyüldüklərini və işgəncələrə məruz qaldıqlarını bildiriblər.

"Onlar həmçinin iddia edirlər ki, direktor həbsxana bürclərinə doğru qəsdən atəş açır və bu, hər an böyük bir faciəyə səbəb ola bilər", - deyə təşkilatın bəyanatında qeyd olunub.

Həbsxanaların Monitorinqi Mərkəzi baş verə biləcək hər hansı fəsadın məsuliyyətini birbaşa Venesuelanın penitensiar sistem işləri üzrə naziri Xulio Qarsiya Serpanın üzərinə qoyub. Venesuela rəsmiləri isə hələlik hadisə ilə bağlı rəsmi şərh verməyiblər.

Seçilən
23
afn.az

1Mənbələr