AZ

Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə - Təyin edildi

Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə - Təyin edildiAzərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, Füzuli İmrəliyev Vətən Müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib. O, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb.

Seçilən
0
17
sonxeber.az

10Mənbələr