AZ

Hövsanda “VAZ”la toqquşan “Mitsubishi” marketə çırpıldı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 23-də səhər saatlarında Məktəb küçəsində qeydə alınıb. Hərəkətdə olan 40-BV-386 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil, 10-EU-949 dövlət nömrə nişanlı “VAZ-2115” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan avtomobillər yol kənarındakı səkiyə çıxıb, “Mitsubishi” isə yaxınlıqdakı “Buta” marketin giriş qapısına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə, eləcə də marketin giriş hissəsinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
avtosfer.az

1Mənbələr