AZ

Qadın sürücü qəza törətdi; övladı öldü Bərdədə isə sərxoş sürücü arvadını öldürüb

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

“Sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması faciə ilə nəticələnir”​. Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. Bildirib ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşir. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir: "Faktlara nəzər salaq. Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobilin idarəetmədən çıxaraq aşması səbəbindən həyatını itirən azyaşlı elə qadın sürücünün öz övladı olub.

Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib.

Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur. Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbətdə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar.

Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər məsuliyyətsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur. Bir anlıq məsuliyyətsizlik isə bəzən bir ailənin ömür boyu yaşadığı faciəyə çevrilir”, - şöbə müdiri qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
avtosfer.az

2Mənbələr