AZ

ÇL arzusu puç olan Alleqri "Milan"da qalıb-qalmayacaöı ilə bağlı sualı cavablandırdı

İtaliya A Seriyasının 38-ci - sonuncu turunda öz meydanında "Kalyari"yə uduzaraq (1:2) 5-ci yerə düşən və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Milan"ın baş məşqçisi Massimiliano Alleqri komandanın "sükanı arxası"nda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "DAZN Italia" belə çatdırıb:

"Gələcəkdə nə olacağını bilmirəm. Hazırda nəticə olmadığı barədə düşünürəm. Əlbəttə, keçirdiyimiz mövsümü təhlil etməliyik. Səhvlərə yol vermişik, amma indi bu barədə danışmağın mənası yoxdur".

"Milan" 4-cü turdan 37-ci tura qədər turnir cədvəlində "4-lük"də olsa da, bazar günü alınan yenilgi vəziyyəti qəlizləşdirib. "Qırmızı-qaralar" UEFA Avropa Liqasında çıxış edəcəklər.

Nihat

Seçilən
5
1
fanat.az

2Mənbələr