AZ

Yaponiya İran ətrafındakı vəziyyətə görə 18,9 mlrd. dollarlıq əlavə büdcə qəbul edəcək

Yaponiya hökuməti gələn həftə parlamentin müzakirəsinə üç trilyon yendən (18,9 milyard dollardan) çox həcmdə əlavə büdcə layihəsi təqdim etməyi planlaşdırır. Buna səbəb İran ətrafındakı vəziyyətin kəskinləşməsi fonunda enerji daşıyıcılarının bahalaşmasıdır. Bu barədə Yaponiyanın baş naziri Sanae Takaiti bildirib.

“Siyasi vəziyyət Yaxın Şərqdə qeyri-müəyyən olaraq qalır. Biz yalnız elektrik enerjisi və qaz subsidiyaları ilə kifayətlənmədən vəziyyətə çevik reaksiya verəcəyik. Bunun üçün əlavə büdcə layihəsi hazırlayıb gələn həftə parlamentə təqdim edəcəyik. Onun həcmi üç trilyon yendən çox olacaq”, — deyə o bildirib.

Takaiti əhalinin dəstəklənməsi üçün nəzərdə tutulan tədbirlər sırasında elektrik enerjisi və qaz subsidiyalarını qeyd edib. Hökumətin hesablamalarına görə, iyul-sentyabr aylarında bu subsidiyalar hər ev təsərrüfatının yükünü orta hesabla 5 min yen (təxminən 32 dollar) azaldacaq. Vəsaitin bir hissəsi həmçinin benzin qiymətlərini sabit saxlamağa imkan verən subsidiyaların davam etdirilməsinə yönəldiləcək.

Seçilən
14
banker.az

1Mənbələr