AZ

Azərbaycan dili müəllimlərinin NƏZƏRİNƏ :Xarici ölkələrdə bir il işləmə imkanı

Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqə elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, layihə təkliflərinin qəbulu Qırğız Respublikasının Bişkek şəhərində və Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən müvafiq məktəbin təhsilalanları üçün bir tədris ili ərzində Azərbaycan dili fənninin əyani tədrisi istiqamətlərində həyata keçiriləcək.

Müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı üç il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 3 iyun 2026-cı il, saat 17:00-dək [email protected] elektron poçtu vasitəsilə həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla tanış ola bilərsiniz:

https://tinyurl.com/3wt5xncs
https://tinyurl.com/mrypxnd2

Seçilən
21
4
redaktor.az

5Mənbələr