AZ

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: evə girən oğru ər arvadı öldürdü

ain.az bildirir, Lent az portalına istinadən.

Bakıda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən mənzillərdən birinə qarət məqsədilə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib.

Nəticədə ər-arvad hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
12
lent.az

10Mənbələr