AZ

Özbəkistanın dövlət borcu təxminən 47 milyard dollara çatıb

BAKI, 25 may. TELEQRAF

2026-cı ilin birinci rübünün nəticələrinə görə, Özbəkistanın dövlət borcu 46,9 milyard dollar təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Ümumi məbləğin 39,7 milyard dolları xarici borc, 7,2 milyard dolları isə daxili borcdur. Beləliklə, ölkənin ümumi dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 26,6 faizinə bərabərdir.

Hazırda Dünya Bankı Özbəkistana kredit verən ən böyük beynəlxalq maliyyə qurumudur (9,04 milyard dollar). Siyahını Asiya İnkişaf Bankı (8,28 milyard dollar), Asiya İnfrastruktur İnvestisiya Bankı (2,28 milyard dollar), Çin İxrac-İdxal Bankı və bu ölkənin digər təşkilatları (3,9 milyard dollar) izləyir.

Seçilən
10
teleqraf.com

1Mənbələr