ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə "Yeni Sabah"a - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib
Bildirilib ki, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib: Dominos pizza
"Vətəndaşlara biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur. Xətlərə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək".
Aytac Əliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.