Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.Bizim.Media xəbər verir ki, festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Kərəm Salahoğlunun imza günü keçirilib.
MÖVZU İLƏ BAĞLI:Şair-yazıçı Sahib Camalın kitabları maraqla qarşılandı
Doqquz kitab müəllifi olan şair 10-cu kitabının da yaxın zamanda nəşr olunacağını bildirib.K.Salahoğlunun sözlərinə görə, “Qarabağın Fatehi” adlanan kitabı Prezident İlham Əliyevə həsr edilib.Qeyd edək ki, o, “Yurda dönmək istəyirəm”, Dünyamız can üstədir”, “O dağlara borcluyam”, “Atamın etirafı” kimi kitabların müəllifidir.Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.