AZ

Starlink Qırğızıstanda istifadəyə verilib

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Amerikalı sahibkar İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk internet şəbəkəsi Qırğızıstanda rəsmi olaraq fəaliyyətə başlayıb.

XQ xəbər verir ki, bu barədə "Uza" məlumat yayıb.

Bildirilib ki, bu ilin 23 may tarixindən etibarən ölkə layihənin qlobal xəritəsində "xidmət mövcud olan" ərazilər siyahısına daxil edilib.

Məlumata görə, layihənin başlanması üçün bütün zəruri texniki, hüquqi sənədlər və icazələr tam şəkildə işlənib. Bu texnologiya, ənənəvi rabitə infrastrukturunun çatmaqda çətinlik çəkdiyi ucqar və dağlıq ərazilərdəki yaşayış məntəqələrinə, məktəblərə və xəstəxanalara yüksək keyfiyyətli internet çıxışı təmin etməkdə xüsusilə vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr