AZ

Serenay Sarıkaya SAXLANILDI

Türkiyəli aktrisa Serenay Sarıkaya narkotik istintaqı çərçivəsində saxlanılıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı ümumilikdə 25 nəfər barəsində əməliyyat keçirilib.

İstanbul və Muğlada eyni vaxtda həyata keçirilən tədbirlər nəticəsində bir sıra şübhəlilər saxlanılıb.

Xaricdə olduğu bildirilən Serenay Sarıkaya ölkəyə qayıtdıqdan sonra İstanbulda nəzarətə alınıb. İstintaq çərçivəsində onun həkimi Mehmet Rahşanın da həbs edildiyi qeyd olunur.

Məsələ ilə bağlı rəsmi istintaq davam edir. Sarıkaya isə daha əvvəl verdiyi açıqlamada bütün hüquqi prosedurlara əməl edəcəyini bildirib.

 

Seçilən
19
9
konkret.az

10Mənbələr