AZ

Cüdoçuların U-14 Liqa yarışının III turu başa çatıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb. 

Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 202 cüdoçu 9 çəkidə qüvvəsini sınayıb. Qızlar arasında 40 kq, 48 kq, 57 kq, 70 kq; oğlanlarda isə 42 kq, 50 kq, 60 kq, 73 kq və +73 kq çəki dərəcələrində qalib və mükafatçılar bəlli olub. 

Yarışda ümumilikdə 471 idmançı iştirak edib. Xatırladaq ki, bu, cari ildə U-14 Liqa yarışının son turu olub. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayıb.

Yarışın nəticələrinə gör qaliblər belə müəyyənləşib:

Qızlar 40 kiloqram çəkidə – 1. Nərgiz Fərzəliyeva (RKİM), 2. Mehparə Həsrətzadə (Günəşli İK), 3. Zəhra Yusifova (Qubadlı), 3. Zümrüd Quliyeva (Neftçi Sumqayıt).

48 kiloqram çəkidə –1. Mələk Vəliyeva (Qədiroğlu İK), 2. Türkan Əlizadə (Judo Club 2012), 3. Humay Eyvazova (Şuşa UGİM), 3. Zəhra Şadmanlı (Boz Oğuz İK).

57 kiloqram çəkidə –1. Gülay Nəsirova (Mingəçevir UGİM), 2. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub), 3. Yasəmən Əliyeva (Naxçıvan UGİM), 3. Jasmin Mirzəbalayeva (Sumqayıt şəhəri İOEUGİM).

70 kiloqram çəkidə –1. Elvina İlyasova (Neftçi İK), 2. Duyğu İsmayılova (İstək İK), 3. Mədinə Ruhullayeva (Hövsan İK),

Oğlanlar 42 kiloqram çəkidə –1. Rahib İbadov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ), 2. Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), 3. Rasim Abdullayev (Saray İK), 3. Davud Sultanov (Sərhədçi İM)

50 kiloqram çəkidə– 1. Sənan Mirzəzadə (Arifoğlu İK), 2. Ülvi Məmmədli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ), 3. Rəvan Gəncəliyev (AHİTA), 3. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ).

60 kiloqram çəkidə –1. Miran Həbiyev (Şuşa UGİM), 2. Muhammədəli Mustafa (Metallurq Gəncə), 3. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM), 3. Atilla Haqverdiyev (Metallurq Gəncə).

73 kiloqram çəkidə –1. Kərim Məmmədov (Ordu İdman Klubu), 2. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), 3. Qüdrət Əliyev (Abşeron İK), 3. Miryasin Seyidli (Judo Club 2020 İK).

73 kiloqramdan artıq çəkidə – 1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub), 2. Yelmar Quliyev (Zabrat İK), 3. Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), 3. Yusif Məmmədli (Saray İK).

Qabil YUSİFOĞLU
XQ

Seçilən
1
6
xalqqazeti.az

7Mənbələr