AZ

Cavid Quliyev: Azərbaycanda turistlərə öz milli valyutalarında ödəniş imkanı yaradılacaq

 

 

Azərbaycana gələn xarici turistlər yaxın dövrdə ödənişlərini öz milli valyutalarında və ya ABŞ dolları ilə həyata keçirə biləcəklər. Bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xaricdə ödəniş etdikdə seçim imkanı ilə üzləşirlər və eyni təcrübənin Azərbaycanda da tətbiqi nəzərdə tutulur.

 

Cavid Quliyev bildirib ki, yeni yanaşma çərçivəsində BƏƏ, ABŞ, Böyük Britaniya və Asiya ölkələrindən gələn turistlər ölkədə hotel, restoran və digər xidmətlər üçün ödəniş edərkən seçim imkanına malik olacaqlar.

 

Onun sözlərinə görə, “PAŞA Bank” terminalları vasitəsilə turistlərə manatla yanaşı, öz milli valyutalarında və ya ABŞ dolları ilə ödəniş etmək imkanı təqdim ediləcək.

 

Bank rəhbəri qeyd edib ki, bu yenilik turistlər üçün ödəniş prosesini daha rahat və çevik edəcək

Seçilən
9
anews.az

1Mənbələr