AZ

Professor Nadir Məmmədli: Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir

Bakı, 25 may, AZƏRTAC

Etimoloji lüğətimizin hələ də olmaması ciddi bir problem kimi qalır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib. Direktor bildirib ki, funksional və praktik dilçilik hələ tam inkişaf etməyib: “Biz daha çox praktik dilin inkişafına üstünlük verməliyik və bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb.

Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir. Dünyada bu istiqamətdə intensiv inkişaf gedir. Lakin ölkəmizdə hələ milli alqoritmlər mövcud deyil və biz daha çox xarici alqoritmlərdən istifadə edirik. Azərbaycan dilinin müəyyən standartları mütləq dəyişdirilməlidir”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Mirrəsul Cəfərov
 
Seçilən
12
1
azertag.az

2Mənbələr