Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, may ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Dördpendirli pizza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.