AZ

İtləri yaba ilə döyən şəxs: “Yaxşı edirəm” VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Kadrlarda bir şəxsin yaba ilə küçə itlərinə xəsarət yetirməyə çalışdığı əks olunub.

Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkə istifadəçilərinin ciddi etirazına səbəb olub. Bir çox istifadəçi heyvanlara qarşı zorakılığın qəbuledilməz olduğunu bildirərək aidiyyəti qurumları məsələyə hüquqi qiymət verməyə çağırıb.

Paylaşılan videoda şəxsin əlindəki yaba ilə itləri qorxutduğu və onlara zərər verməyə çalışdığı görünür. Hadisənin hansı ərazidə baş verdiyi ilə bağlı dəqiq məlumat verilməsə də, görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

İstifadəçilər heyvanlarla kobud rəftarın qarşısının alınması üçün nəzarətin gücləndirilməsini və bu cür hallara qarşı ciddi tədbirlərin görülməsini tələb edirlər.

Qeyd edək ki, heyvanlara qarşı zorakılıq halları cəmiyyətdə narazılıq doğuran məsələlərdən biri olaraq qalır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
23
avtosfer.az

10Mənbələr